Qazanmış olduğumuz yüksək reputasiyamızı göstərməkdə olduğumuz peşəkar və geniş miqyaslı inşaat xidmətlər vasitəsilə yüksəldəcəyimizi qarşımıza məqsəd qoymuşuq.
Müştərilərimizin istəklərinə hər zaman hörmət, kreativlik, konstruktivlik və individuallıq prizmasından yanaşmışıq.
2001-ci il – “Azərneftkimyazavodtəmirtresti” 2 №-li Tikinti-Quraşdırma İdarəsinin bazasında “Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2” Açıq Səhmdar Cəmiyyəti yaradılmışdır.
15.07.2013 – TS EN ISO 9001:2008, TSE-ISO-EN 9000, TSE İSG-OHSAS TS 18001:2014 sertifikatları alınmışdır.
12.05.2016 – Şirkətimiz Asfaltbeton qarışığı və beton qarışığı üzrə Dövlət reysterində qeydiyyata alınmış uyğunluq sertifikatı almışdır.
10.02.2017 – Rebrendinq nəticəsində “Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2” Açıq Səhmdar Cəmiyyəti bazasında “Protean Construction” ASC təsis edilmişdir.
“Protean Construction” ASC böyük həcmdə inşaat işlərini yüksək keyfiyyətlə və qısa vaxtda yerinə yetirmək üçün kifayət qədər maddi-texniki bazaya və ixtisaslaşmış kadr potensialına malikdir. Görülən tikinti və təmir işlərini hər zaman vaxtında, yüksək keyfiyyətlə və texniki təhlükəsizlik qaydalarına əməl etməklə yerinə yetirilmişdir.
Şirkətimiz TS EN ISO 9001:2008, TSE-ISO-EN 9000, TSE İSG-OHSAS TS 18001:2014 sertifikatları ilə yanaşı Bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verən 089540 №-li lisenziyaya (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi), Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarını həyata keçirməyə icazə verən 074202 №-li lisenziyaya (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) və Asfaltbeton qarışığı və beton qarışığı üzrə uyğunluq sertifikatına malikdir.