Son dövrlərdə olduğu kimi bu gün də bina tikintisi inşaat sektorunun ən önəmli sahələrindəndir. Cəmiyyətin bu sahədəki ehtiyac və istəklərinin müxtəlifliyi bu sahənin çoxnövlü və kompleks şəkildə inkişafına səbəb olmuşdur.

Protean Construction yarandığı tarixdən etibarən bina tikintisində ixtisaslaşmağa və buna xüsusi diqqət ayırmağa başlamışdır. Nəticədə şirkətimiz öz fəaliyyəti müddətində özünün peşəkar mütəxəssisləri sayəsində çox sayda yaşayış binalarının tikintisi üzrə layihələri müvəffəqiyyətlə inşa etmiş olduqları binalar sifarişçi və istifadəçilər tərəfindən yüksək qiymətləndirilmişdir. Bu sahədə şirkətimizin əsaslı tikintisini həyata keçirmiş olduğu bir sıra hündür mərtəbəli və çox mənzilli yaşayış kompleksi, evləri, həmçinin yataqxana binaları şirkətimizə yüksək nüfuz qazandırmışdır.

Bina tikintisi sahəsindəki nailiyyətlərimizin əsas səbəbi fəaliyyət göstərməkdə olduğumuz tikintinin digər sahələrində olduğu kimi məsələyə keyfiyyətlilik, səmərəlilik və vaxt dəqiqliyi prinsipi ilə yanaşmamızdır. Keyfiyyət və səmərəlilik meyarlarının tələblərinə cavab verə bilmək üçün inşaat obyekti üzrə ən üstün standart və normativlərə tərəfimizdən əməl olunmasını başlıca tələb olaraq müəyyən etmişik. Bununla yanaşı bu sahədə tətbiq olunan ən müasir və münasib texnologiyaların tətbiqinə xüsusi diqqət ayırırıq.
Əlbəttə ki, bütün bunlardan əlavə tikinti zamanı standartlara uyğun keyfiyyətli tikinti materiallarından istifadə olunması mütləq qaydada əməl etməkdə olduğumuz amillərdəndir.