Təəssüflər olsun ki, XXI əsrdə dünyanın bir çox yerində su təchizatı və kanalizasiya sistemlərinin tam və keyfiyyətli funksionallıqla təmini problem olaraq qalmaqdadır.
Magistral su xətləri, su və kanalizasiya şəbəkəsi, binadaxili su xətləri, su anbarlarının tikintisi, eləcə də sayğacların quraşdırılması üzrə geniş təcrübəyə malik olan Protean Construction bu sahədə yuxarıda qeyd olunan çatışmamazlıqları nəzərə alaraq həyata keçirməkdə olduğu layihələr çərçivəsində həmin ərazilərdəki insanların keyfiyyət su və kanalizasiya xidmətləri ilə təchiz olunması üçün var qüvvəsi ilə çalışmaqdadır. Şirkətimizin bu sahə üzrə cəlb etmiş olduğu ekspertlər vasitəsilə müvafiq infrastrukturun düzgün və peşəkar formada qurulması üçün hərtərəfli fəaliyyət göstərməkdədir.
Fəaliyyətimizin digər sahələrində olduğu kimi su təchizatı və kanalizasiya sistemlərinin qurulması layihələrimizdə də layihə idarəetməsinin planlaşdırma, icra, nəzarət və tamamlama mərhələlərinin tələb və qaydalarına ciddi şəkildə riayət edir, müvafiq sahə üzrə mövcud olan ən üstün və müasir texnologiyaların tətbiqindən çəkinmirik.