Etimad – 30 il ərzində

inşa etdiyimiz dəyərlərdən

ən əsasıdır

YANAŞMAMIZ

Fəaliyyət göstərməkdə olduğumuz müddət ərzində şirkət olaraq ən əsas dəyərimiz olan müştəri etimadını göstərmiş olduğumuz səmimi və peşəkar xidmət sayəsində qazandığımızı və qazanacağımızı dərk etmişik.

Qazanmış olduğumuz yüksək reputasiyamızı göstərməkdə olduğumuz peşəkar və geniş miqyaslı inşaat xidmətlər vasitəsilə yüksəldəcəyimizi qarşımıza məqsəd qoymuşuq.

Müştərilərimizin istəklərinə hər zaman hörmət, kreativlik, konstruktivlik və individuallıq prizmasından yanaşmışıq.


TARİXİMİZ

1987-ci il – “Azərneftkimyazavodtəmirtresti”nin 6 №-li  Təmir Tikinti idarəsinin bazasında “Azərneftkimyazavodtəmirtresti”nin 2 №-li  Tikinti-Quraşdırma  İdarəsi yaradılmışdır.

2001-ci il – “Azərneftkimyazavodtəmirtresti”  2 №-li  Tikinti-Quraşdırma İdarəsinin bazasında “Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2” Açıq Səhmdar Cəmiyyəti  yaradılmışdır.

15.07.2013 – TS EN ISO 9001:2008, TSE-ISO-EN  9000, TSE İSG-OHSAS TS 18001:2014 sertifikatları alınmışdır.

12.05.2016 – Şirkətimiz Asfaltbeton qarışığı və beton qarışığı üzrə Dövlət reysterində qeydiyyata alınmış uyğunluq sertifikatı almışdır.

10.02.2017 – Rebrendinq nəticəsində “Tikinti-Quraşdırma Azər. Neft Kimya Zavod-2” Açıq Səhmdar Cəmiyyəti bazasında “Protean Construction” ASC təsis edilmişdir.


NİYƏBİZ?

Müəssisə yüksək mərtəbəli binaların inşası, dəmir-beton su anbarlarının tikintisi, neft və neft məhsulları üçün böyük həcmli metal tutumların quraşdırılması, avtomobil yollarının, boru kəmərlərinin (neft və qaz nəqli kəmərləri və su-kanalizasiya xətlərinin) çəkilişi, neft-kimya müəssisələrinin rekonstruksiyası, texniki yenidən qurulması və əsaslı təmiri üzrə ixtisaslaşmış və yüksək reputasiyaya nail olmuşdur.

“Protean Construction” ASC böyük həcmdə inşaat işlərini yüksək keyfiyyətlə və qısa vaxtda yerinə yetirmək üçün kifayət qədər maddi-texniki bazaya və ixtisaslaşmış kadr potensialına malikdir. Görülən tikinti və təmir işlərini hər zaman vaxtında, yüksək keyfiyyətlə və texniki təhlükəsizlik qaydalarına əməl etməklə yerinə yetirilmişdir.

Şirkətimiz TS EN ISO 9001:2008, TSE-ISO-EN  9000, TSE İSG-OHSAS TS 18001:2014 sertifikatları ilə yanaşı Bina və qurğuların tikinti-quraşdırma işlərini həyata keçirməyə icazə verən 089540 №-li lisenziyaya (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi), Maye və təbii qaz təsərrüfatı obyektlərinin quraşdırılması və istismarını həyata keçirməyə icazə verən 074202 №-li lisenziyaya (Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi) və Asfaltbeton qarışığı və beton qarışığı üzrə uyğunluq sertifikatına malikdir.