Etimad – 30 il ərzində inşa etdiyimiz dəyərlərdən ən əsasıdır
Protean bir sıra hündür mərtəbəli və çox mənzilli yaşayış kompleksi, evləri, həmçinin yataqxana binalarının əsaslı tikintisini vaxtında və yüksək keyfiyyətlə həyata keçirmişdir.
Şirkətimiz magistral su xətləri, su və kanalizasiya şəbəkəsi, bina daxili kommunikasiya xətləri, su anbarlarının tikintisi, eləcə də sayğacların quraşdırılması üzrə geniş təcrübəyə malikdir.
Şirkət öz fəaliyyəti müddətində neft və neft məhsulları üçün irihəcmli anbarların quraşdırılması, neft və qaz nəql edən kəmərlərin tikintisi və neft-kimya müəssisələrinin rekonstruksiyası üzrə bir çox layihələri uğurla icra etmişdir.
Avtomobil yollarının yenidən qurulması və yolların asfalt örtüyünün bərpası şirkətin yüksək keyfiyyətlə həyata keçirməkdə olduğu fəaliyyət növlərindəndir.
Planlaşdırma
Layihənin ən təməl mərhələsi olan bu dövr ərzində işin icrası layihənin hədəf və məqsədləri, ətraf mühit və digər təsiredici amilləri nəzərə alınaraq və müasir hesablama texnologiyalardan istifadə edilməklə mütəxəssislərimiz tərəfindən təfsilatlı şəkildə planlaşdırır
Layihələndirmə
Layihələndirmənin istifadə olunacaq resurslarının dəqiq müəyyənləşdirməsi baxımından ən vacib mərhələ olduğunun fərqində olan mütəxəssislərimiz bu prosesə də xüsusi həssasıqla yanaşırlar.
Tikinti
Planlaşdırma mərhələsində ortaya çıxan amillərin hamısı, həmçinin bütün layihə cizgiləri nəzərə alınmaqla Layihə yüksək peşəkarlıqla icra edilir və eyni zamanda şirkətimizin müvafiq struktur bölmələri tərəfindən işin keyfiyyətli icrasına nəzarət olunur.
Sınaq
Layihə üzrə icra olunan işin sifarişçinin tələblərinə, qəbul olunan standart və normativlərə uyğun həyata keçirildiyindən əmin olaraq təhvil verilə bilməsi üçün funksionallıq və keyfiyyət üzrə tam əhatəli sınaq testləri keçirilir.