Neft və qaz sənayesi bir çox sektorlar üçün və sənaye mədəniyyəyinin dəstəklənməsi baxımından yüksək əhəmiyyətə malikdir. Dünyada neft sənayesinin ilk yaranma yerlərindən hesab olunan və hazırda neft və qaz istehsalçılarından olan Azərbaycanda bu sahənin əhəmiyyətliliyinin daha da yüksək olduğunu şirkət olaraq anlayır və bu sahə üzrə infrastrukturun inkişaf etdirilməsi istiqamətində səylərimizi gücləndirməyə davam edirik.

Protean Construction öz fəaliyyəti müddətində neft və neft məhsulları üçün irihəcmli anbarların quraşdırılması, neft və qaz nəql edən kəmərlərin tikintisi və neft-kimya müəssisələrinin rekonstruksiyası üzrə bir çox layihələri uğurla icra etmişdir.

Bu sahə üzrə cəlb etməkdə olduğumuz yüksək kvalifikasiyalı mütəxəssislər və tətbiq etməkdə olduğumuz üstün texnologiyalar sayəsində layihələrimizin uğurla tamamlanması faktı danılmazdır.