Xidmətlər

Etimad – 30 il ərzində inşa etdiyimiz dəyərlərdən ən əsasıdır

Protean Construction şirktətinin xidmət göstərməkdə olduğu tikinti sahələrinə bina tikintisi, su və kanalizasiya sistemlərinin tikintisi, neft və qaz sektoru üzrə tikinti işləri və avtomobil yollarının tikintisi daxildir. Bu sahələr üzrə yüksək səviyyədə peşəkarlaşmış şirkətimiz bu sahələr üzrə layihələrin hərtərəfli və keyfiyyətli şəkildə icrası üçün kadr, material və avadanlıq olaraq tələb olunan bütün resurslara malikdir. Yerinə yetirmiş olduğu bütün işləri uğurla tamamlayan Protean Construction tikinti sektorunda öz adını öz üstün işi ilə sübut edən şirkətlərdəndir.

 

BİNA TİKİNTİSİ

İstənilən yaşayış binasını inşa edərkən orada özümüzün də yaşayacağını nəzərdə tutaraq inşa edirik.

SU VƏ KANALİZASİYA SİSTEMLƏRİNİN TİKİNTİSİ

Şirkətimiz magistral su xətləri, su və kanalizasiya şəbəkəsi, bina daxili kommunikasiya xətləri, su anbarlarının tikintisi, eləcə də sayğacların quraşdırılması üzrə geniş təcrübəyə malikdir

NEFT VƏ QAZ SEKTORU ÜZRƏ TİKİNTİ İŞLƏRİ

Şirkət öz fəaliyyəti müddətində neft və neft məhsulları üçün irihəcmli anbarların quraşdırılması, neft və qaz nəql edən kəmərlərin tikintisi və neft-kimya müəssisələrinin rekonstruksiyası üzrə bir çox layihələri uğurla icra etmişdir.

 

AVTOMOBİL YOLLARININ ÇƏKİLMƏSİ

Avtomobil yollarının yenidən qurulması və yolların asfalt örtüyünün bərpası şirkətin yüksək keyfiyyətlə həyata keçirməkdə olduğu fəaliyyət növlərindəndir.